Adını Azərbaycanın xeyir və bərəkət qaynağı olan Xəzər dənizindən götürən “Xəzər” televiziyası fəaliyyətə başladığı ilk gündən – 2007-ci ilin oktyabr ayının 5-dən indiyə kimi geridə qoyduğu beş il ərzində sizinlə birliyini davam etməkdədir. “Ailənizin Xəzəri” şüarı ilə yola çıxan “Xəzər” TV maddi və mənəvi inkişaf yoluna daxil olub.
2009-cu ilin yanvar ayından etibarən “Xəzər Xəbər” sizin sayənizdə birinci sıraya yüksəldi və bu birincilik indi də davam etməkdədir. Xəbərə fərqli bir tərz və yanaşma gətirərək, sizin etimadınızı qazandıq.
Azərbaycanda ilk dəfə serial çəkilişinə başlayan televiziya olduq.
Azərbaycanda ilk dəfə televiziya məntiqi ilə televiziya binası tikməyə başladıq və hazırda tikinti davam etməkdədir.
Yenə də Azərbaycanda hazırladığımız və hazırlaya bilmədiyimiz xəbərlərə görə maddi mənfəət ummadıq.
Müasir xəbərçiliyin təməlini biz qoyduq. Təmənnasız xəbərin və yayımın mümkünlüyünü biz isbatlamağa çalışdıq. Hər zaman, reklamlar da daxil olmaqla, milli-mənəvi dəyərləri qorumağa xidmət etdik. Amma heç bir zaman görülmüş işlərlə kifayətlənmədik. Daha yaxşı, daha gözəl proqramlar hazırlamalıyıq. Siz buna layiqsiniz. “İnşallah, növbəti illərdə daha baxımlı proqramlarla görüşmək ümidiylə” deyirik…
Hüseyn Dinləməz
“Xəzər” teleradio şirkətinin prezidenti
