Məzmuna keç

Naruhito

Vikipediya, azad ensiklopediya
Naruhito
yap. 皇太子徳仁親王
Vəzifədədir
1 may 2019-cu ildən
    ƏvvəlkiAkihito
    Şəxsi məlumatlar
    Doğum adı 浩宮徳仁親王
    Doğum tarixi 23 fevral 1960(1960-02-23) (66 yaş)
    Doğum yeri
    Fəaliyyəti monarx, əsilzadə
    Atası Akihito
    Anası Miçiko
    Həyat yoldaşı Masako Ovada
    Uşağı qızları: Aiko (Şahzadə Toşi)
    Ailəsi Yaponiya imperator evi[1]
    Dini şintoizm
    Elmi fəaliyyəti
    Elm sahəsi Yaponiya tarixi
    Elmi dərəcələri

    Təltifləri "Qızıl Nassau şiri" ordeni Order of the Crown (Netherlands) — 1991 "III Karlos" ordeninin böyük xaçı — 2008 Grand Cross of Honor for Services to the Republic of Austria — 1999 Grand Collar of the Order of the Southern Cross — 2025 "Mədəniyyət" ordeni — 2019 boyünbağılı "Payızgülü" ordeni — 2019 "Payızgülü" ordeninin böyük lenti — 1980 "Pavlovniya çiçəkləri" ordeninin Böyük kordonu — 2019 Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin böyük xaçı — 1997 "Müqəddəs Olaf" ordeninin böyük cəngavər xaçı — 2001 "Macarıstan qarşısında xidmətlərə görə" Böyük xaçı — 2000 Grand Cordon of the Order of Leopold — 1996 "Serafimlər" ordeni — 2003 "Fil" ordeni — 2004 "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı — 1982 "Xilaskar" ordeni Order of Christ Grand Cross of the Military Order of Christ Order of Al-Khalifa "Böyük Mübarək" ordeni Order of Merit (Qatar) "Zeyd" ordeni — 1995 Order of Sikatuna — 2002 Royal Order of Pouono Q16675177 Knight of the Garter — 2024 Q11509186 Order of the Defender of the Realm
    İmzanın şəkli
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Naruhito (yap. 皇太子徳仁親王; 23 fevral 1960, Çiyoda[d]) — 126-cı Yaponiya imperatoru, 125-ci Yaponiya imperatoru Akihito (Yamato sülaləsindən) və imperatriçə Miçikonun oğlu. İkinci Dünya müharibəsindən sonra doğulmuş ilk Yaponiya imperatoru.

    Naruhito 1961-ci ilin fevral ayında

    Naruhito 1960-cı ilin fevral ayında Tokio imperiya sarayının hospitalında doğulub.

    Naruhitonun uşaqlığının xoşbəxt keçdiyi bildirilir və onun atçılıq, musiqialpinizm kimi bir çox hobbisi var idi. Bir gün sarayın ərazisində qədim yolun qalıqlarını tapan Naruhito nəqliyyat tarixinə maraq duymağa başladı və öz bakalavrmagistr dərəcələrini də tarix fənnindən aldı.[2] O, daha sonra dedi:"Mənim uşaqlıqdan bəri yollara marağım var idi. Yollar səni bilinməyən dünyaya aparırır. Mənim liderlik həyatım olandan bəri küçədə azad gəzmək şansım azdır, demək lazımdır ki, yollar bilinməyən dünyaya dəyərli bir körpüdür".[3]

    1974-cü ilin avqust ayında 14 yaşındakı şahzadə Avstraliyanın Melburn şəhərinə göndərildi. Naruhitonun atası Akihitonun bir il əvvəlki gəzintisindən sonra bu ərazi haqqında müsbət fikri var idi və o, oğlunu da getməsi üçün dəstəklədi.[4] O, Colin Harper adlı biznesmenin ailəsində yaşadı.[5] Şahzadə ev sahibinin uşaqları ilə skripka çaldı, tennis oynadı, Lonsdeyl ərazisində at sürdü və Uluruya dırmaşdı.[6] O hətta Avstraliyada önəmli dövlət adamları üçün rəsmi naharda skripka çaldı.[7]

    Naruhitonun dörd yaşı olanda prestijli Qakuşuin məktəb sistemində qeydiyyata alındı. Bu Yaponiyada elit ailələrin uşaqlarını göndərdiyi məktəb idi.[8] Naruhito coğrafiya klubuna qoşuldu.[9]

    Naruhito Qakuşuindan 1982-ci ildə tarix fənnində bakalavr dərəcəsi ilə məzun oldu.[10] O, növbəti ilin iyul ayında İngiltərədəki Oksford Universitetinin Merton kollecinə daxil olmazdan əvvəl üç ay intensiv İngilis dili kursuna qatıldı.[11] Naruhito burada 1986-cı ilə qədər qaldı . Naruhito öz 18-ci əsrdə Yuxarı Temzada naviqasiya və yol hərəkəti tədqiqi tezisini 1989-cu ilə qədər yoxlamağa təqdim edə bilmədi.[12] O, daha sonra The Thames and I--a Memoir of Two Years at Oxford kitabında bu üç ilinə geri qayıtdı. Onun getdiyi yerlər arasında Trout Inn və The White Hart kimi yerlərin daxil olduğu 21 tarixi meyxana var.[13] Naruhito Yapon cəmiyyətinə və Dram cəmiyyətinə qoşuldu, karatecüdo cəmiyyətlərinin fəxri prezidenti oldu.[14] O, burada tennis oynadı və Merton komandasında 6 nəfərdən üçüncüsü idi.[14] Naruhito həm də mütəxəssis kimi qolf oynayırdı.[14] Mertondakı ilk üç ilində o, Böyük Britaniyanın tərkibində olan dövlətlərin ən hündür zirvələrinə dırmaşdı: Şotlandiyada Ben Nevis, Uelsdə Snoudonİngiltərədə Scafell Pike.[15]

    Şəxsi həyatı

    [redaktə | vikimətni redaktə et]

    9 iyun 1993-cü ildə Naruhito Masako Owada ilə evlənmişdir. Cütlüyün 1 dekabr 2001-ci il təvəllüdlü Aiko adlı bir qızları var. 8 ildən sonra doğulan qız ilə taxta qadınların da keçməsini icazə verən qanunun çıxarılması önə sürülmüşdür.[16] Çünki imperator Akihitonun qardaşı Şahzadə Hitaçinin övladı yox idi, imperatorun əmisi Şahzadə Mikasanın oğlan nəvəsi yox idi və Şahzadə Katsura heç evlənməmişdi. Ancaq Naruhitonun qardaşının oğlu olması ilə imperatorluq taxtının varisi bəlli oldu.

    Fəxri dərəcələri

    [redaktə | vikimətni redaktə et]

    Fəxri vəzifələri

    [redaktə | vikimətni redaktə et]
    1. https://www.bbc.com/news/world-asia-48101637.
    2. Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 76.
    3. Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 77.
    4. Hills, Ben (2006). Princess Masako: Prisoner of the Chrysanthemum Throne. London; New York: Jeremy P. Tarcher/Penguin. p. 56. ISBN 1-58542-568-0. OCLC 76074219.
    5. Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 57.
    6. Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 60–61.
    7. Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 60.
    8. Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 77–78.
    9. Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 79.
    10. Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 81.
    11. Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, pp. 142–143, 152.
    12. Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p.144–145
    13. Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, pp. 145–146.
    14. 1 2 3 Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 150.
    15. Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 151.
    16. "Life in the Cloudy Imperial Fishbowl," Arxivləşdirilib 2007-10-17 at the Wayback Machine Japan Times. 27 March 2007.

    Xarici keçidlər

    [redaktə | vikimətni redaktə et]