Anubis
| Anubis Heroqliflərdə | |||||
|---|---|---|---|---|---|
| Misir Tanrıları Anubis | ||||||
|---|---|---|---|---|---|---|
Sol əlində Anx tutmuş Anubis | ||||||
| Tam adı | Anubius | |||||
| Digər adları | İnpu və ya Anpu | |||||
| Transkripsiyası | Jnp.w | |||||
| və ya | ||||||
| İdeoqram 1. | ||||||
| İdeoqram 2. | Ən qədim dövr | |||||
| və ya | ||||||
| Determinativ 1. | Qədim dövr | |||||
| Determinativ 2. | ||||||
| Determinativ 3. | ||||||
| Determinativ 4. | ||||||
| Yunan | Anubius | |||||
| Qibti | Anup (ⲁⲛⲟⲩⲡ) | |||||
Anubis çaqqal cildində | ||||||
Anubis (qədim misircə İnpu və ya Anpu; yun. Anubis) — Qədim Misir mifologiyasına görə vəhşi it və ya qara çaqqal başlı axirət dünyası tanrısı olub, ölüləri axirət dünyasına yola salarmış. Anubisə sitayiş mərkəzi Kasa şəhəri (yun. Kinopol – “it şəhəri”) idi.
Çaqqalların məzar başlarında dolaşmaları səbəbi ilə çaqqalbaşlı Anubis ölüm ilə əlaqələndirilmişdir.[1]
Təsvirdə
[redaktə | vikimətni redaktə et]| Anubis adətən oturmuş vəhşi it və ya qara çaqqal, ya da it və ya çaqqal başlı, sol əlində |
Kult mərkəzi
[redaktə | vikimətni redaktə et]Ta qədimdən Anubisin kult mərkəzi Kinopolis, və onun ilk epiteti Xantamenti sayılırdı. Bu epitetin bir tərcüməsində o, "qərbin ilk sakini" adlandırılır.
Əfsanələrdə
[redaktə | vikimətni redaktə et]
Hesab edilir ki, Anubis tanrı Ranın dörd uşağından biridir. Orta dövrə aid rəvayətə görə Hesat onun anası və Kebehut onun qızıdır. Digər bir Osiris ilə bağlı rəvayətə görə Anubis Osirisin və Neftidanın oğludur, belə ki, Setin arvadı Neftida Osirisə vurularaq İsida cildinə girərək onun könlünü alaraq yoldan çıxarır, nəticədə Anubis dünyaya gəlmiş olur. Setin zəhmindən qorxan Neftida uşağı qamışlığa atır ki, sonradan onu İsida tapıb böyütmüş olur. Osiris qardaşı Set tərəfindən öldürüldükdən sonra onun şaqqaları (tikələri) bütün yer üzünə səpələndirilir. Anubis Ranın göstərişınə əsasən İsida ilə onun tikələrini bir yerə yığıb mumyalayırlar. Bu andan etibarən ənənəvi olaraq dəfndən qabaq cəsədlər mumiyalandırılmağa başlanılmışdır. Ölülər kitabında axirət dünyasının və Osiris məhkəməsinin təsvirində Anubis ölülərin bələdçisi kimi göstərilir. Bu məhkəmədə Anubis ölülərin əməllərini həqiqət tərəzisinin bir gözünə, digər gözünə isə ilahə Maatın ürəyini (həqiqət etalon daşını) qoyub çəkərək günahlarını müəyyənləşdirir.
İlk əvvəllər Anubis Duatın (ölülərin gəlmiş olduqları yer) tanrısı və hökumdarı olaraq ölülərin ruhlarının hakimi sayılırdı. Sonradan onun yerini Osiris tutmuş olur, Osiris məhkəməsində onun yardımçısına çevrilmiş olur.
Duat ilahəsi İnput Anubisin arvadı sayılır.
“Piramida mətnləri”nə əsasən, ilk əvvəl nekropolların hakimi olan Anubis sonradan mumiyalanma allahı olmuşdur. Yunanlar Anubisi Hermeslə eyniləşdirirdilər.[2]
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- http://www.hieroglyphen-info.de/goetter/anubis.htm
- http://www.sphinx-suche.de/aegypten/anubis.htm Arxivləşdirilib 2010-01-08 at the Wayback Machine
- Anubis
- Entsprechender Fachartikel in: Bauks, M. / Koenen, K. (Hgg.), İnternet elmi İncil leksikonu / AT, 2007ff., http://www.wibilex.de;
- Anubis haqqında məqalə
- Anubis haqqında məlumat
- V. D. Qladkiy "Qədim dünya" 2 cilddə Arxivləşdirilib 2018-08-27 at the Wayback Machine
- Misirin rəmzi Arxivləşdirilib 2009-08-14 at the Wayback Machine
Mənbələr
[redaktə | vikimətni redaktə et]- Hans Bonnet: Reallexikon der ägyptischen Religionsgeschichte, 3. Aufl., Berlin, New York 2000. ISBN 3-11-016884-7
- Veronica Ions: Ägyptische Mythologie, Wiesbaden 1986.
- Hermann Kees: Der Götterglaube im Alten Ägypten, 4. Aufl., Darmstadt 1980.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Morales, Helen (2007). Classical mythology: a very short introduction. Oxford: Oxford University Press. İstifadə tarixi: 14.02.2024
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 566. ISBN 978-9952-441-02-4.


